Zərgər dükanından 1 milyon dollarlıq mal oğurlandı
21 fevral 2016 03:51 (UTC +04:00)

Zərgər dükanından 1 milyon dollarlıq mal oğurlandı

0

İsveçrənin Sürix şəhərində soyğunçular zərgər dükanından 1 milyon dollar dəyərində daş-qaş və pul oğurlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  üç silahlı cinayətkar dükana soxularaq, çoxlu sayda zinət əşyaları, qiymətli daşlar və kassada  olan nağd pulları aparıblar.   

 

Məlumata görə,  soyğunçulardan ikisi alman dilində danışıb, üçüncü cinayətkar barədə məlumat yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar