Banqladeşdə plastmas istehsalı zavodunda baş vermiş yanğın nəticəsində 13 nəfər ölüb, onlarla insan xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna olunmur. “Axtarış tədbirləri davam etdirilir. Uçmuş divarın qalıqları altında bir neçə cəsədin olduğu ehtimal edilir”, deyə ölkənin xilasetmə xidmətinin rəhbəri Şakil Nevaz bildirib.
Yanğın baş verən an zavodda 70-dək fəhlənin olduğu bildirilir.
Məlumata görə, yanğına səbəb qaz balonlarının partlaması olub.