Yunanıstan vətəndaşlarının böyük əksəriyyəti ölkənin avrozonada qalmasını istəyir.
APA-nın Reuters agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə “Metron Analysis” şirkətinin sorğusunun nəticələrindən bəlli olub.
Respondentlərin yalnız 12%-ı kreditorlarla sazişə qarşı çıxıb, avrozonanı tərk etməyi və draxmaya qayıdışı dəstəkləyib. Bununla belə, rəyi öyrənilənlərin 55%-ı əmindir ki, yunanlar 5 iyul referendumunda “yox” deyərək, düzgün addım atıb.
Baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi SİRİZA partiyasının reytinqi isə yanvar ayı ilə müqayisədə 36,3%-dən 45,6%-dək yüksəlib.