Yunanıstanda banklar bağlanır
29 iyun 2015 01:54 (UTC +04:00)

Yunanıstanda banklar bağlanır

0

Yunanıstanın maliyyə nazirliyi ölkə banklarının fəaliyyəti ilə bağlı bır sıra fövqəladə tədbirlərin həyata keçirilməsini təklif edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 30-dan iyulun 6-dək ölkə bankları işləməyəcək.

 

İyunun 29-dan bankomatlardan istifadəyə qadağa, sonra isə nağd pulun verilməsinə limit qoyulacaq.

 

Həmçinin banklararası pul köçürmələrinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub. Sahibkarların maliyyə əməliyyatları  yoxlamadan keçiriləcək.

 

Fövqəladə tədbirlər ölkədən xaricə milyardlarla avro həcmində pul axını və əhalinin bankomatlardan kütləvi şəkildə pul çıxarması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar