Yunanıstanda 35 maşın toqquşub
13 dekabr 2014 00:11 (UTC +04:00)

Yunanıstanda 35 maşın toqquşub

0

Yunanıstanda, Lamia-Afına avtomagistralında 35 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Hələlik qəzanın səbəbləri müəyyən edilməyib. Məlumatlara görə, adıçəkilən ərazidə gün ərzində güclü yağıntı olub, həmçinin avtomagistralda təmir işləri aparıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar