Yunanıstana 86 mlrd avroluq yardım proqramı təsdiqləndi
20 avqust 2015 05:09 (UTC +04:00)

Yunanıstana 86 mlrd avroluq yardım proqramı təsdiqləndi

0

Avropa Sabitləşdirilmə Mexanizminin (ESM) Direktorlar Şurası  Yunanıstana 86 mlrd avro məbləğində yardım proqramını təsdiqləyib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın NEWSIT nəşri məlumat yayıb.

 

Məlumata görə, birinci tranşın həcmi 26 mlrd avro təşkil edəcək, bu məbləğdən 10 mlrd avro Yunanıstan banklarının rekapitallaşdırılmasına  və konsolidasiyasına yönəldiləcək.

 

Qeyd edək ki, bundan əvvəl Almaniya parlamenti Yunanıstana 86 mlrd avro məbləğində yardımım  ayrılmasını dəstəkləyib.

 

Qeyd olunan proqram daha əvvəl avqustun 14-də Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan tələb olunan islahatları  həyata keçirməlidir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar