Yunanıstan parlamenti Aİ ilə sazişi təsdiqlədi
16 iyul 2015 07:10 (UTC +04:00)

Yunanıstan parlamenti Aİ ilə sazişi təsdiqlədi

Yunanıstan parlamentinin deputatları Aİ-dən 86 mlrd avro məbləğində maliyyə yardımının alınması üçün iqtisadi tədbirlər paketini təsdiqləyiblər. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəbul olunan tədbirlər vergilərin və pensiya yaşının artırılmasını nəzərdə tutur.

 

Qeyd edək ki, səsvermədən əvvəl parlament qarşısına çoxlu sayda eirazçı toplaşıb. Onlar parlamentin binasına “Molotov kokteyli” atıb, polis isə, buna cavab olaraq etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.  

 

Ölkənin baş naziri Aleksis Tsipras Aİ ilə imzalanmış sazişin səmərəliliyinə inanmadığını bildirib. Lakin buna baxmayaraq, o bu razılaşmanın Yunanıstanın avrozonada qalmasının yeganə şansı olduğunu bildirərək, parlamentariləri sazişi təsdiq etməyə çağırıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar