Yunanıstan banklarını açır
17 iyul 2015 01:58 (UTC +04:00)

Yunanıstan banklarını açır

Yunanıstanın bütün bankları üç həftəlik fasilədən sonra bazar ertəsi, iyulun 20-də açılacaq.

 

APA-nın NBC News-a istinadən məlumatına görə, bu barədə Yunanıstan maliyyə nazirinin müavini Dimitras Mardas bildirib.

 

Onun sözlərinə görə, vəsaitin çıxarılmasının limiti olduğu kimi qalır - adambaşına bir sutka üçün 60 avro. 

 

Məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar