Yerin altında nəhəng okean aşkarlanıb
15 iyun 2014 07:12 (UTC +04:00)

Yerin altında nəhəng okean aşkarlanıb

0

Elim adamları yerin dərin qatlarında bir okean aşkarlayıblar. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, onun suyu  Yerin üstündəki okeanlardakından 3 dəfə artıqdır.

 

Zəlzələləri yaradan seysimik dalğaları öyrənən bir qrup alim Yerin 700 km dərinliyində “Rinqvudayt” adlı göy daşların arasından su aşkar edib.

 

Əvvəllər elə zənn edilirdi ki, Yerə suyu quyruqlu ulduzlar gətirib. Ancaq bu kəşf suyun Yerin üzünə altından çıxması fikrini gündəliyə gətirib.

 

 

Araşdırmada iştirak edən ABŞ-ın Norsvestern Universitetinin mütəxəssisi Steven Yakobson deyib: “Dünyaya suyun Yerin dərinliyindən gəlməsi ilə bağlı çox önəmli bir dəlil əldə edilib. Okeanların milyonlarla il eyni ölçüdə qalması ilə bağlı suala da bu dəlillə cavab vermək olar. Elim adamları suyun dövranı ilə bağlı itmiş həlqəni tapmağı bacardı. Onlarla illərimizi bu yeraltı su qaynağını axtarmağa sərf etmişik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2764

Oxşar yazılar