Yer sakinləri “Qanlı Ay”ı gördülər
08 oktyabr 2014 21:54 (UTC +04:00)

Yer sakinləri “Qanlı Ay”ı gördülər

0

Bu gün Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və Şərqi Asiyanın müxtəlif hissələrində Yer sakinləri nadir astronomik hadisəni – Ayın tam tutulmasının Günəşin çıxması və ya batması ilə eyni vaxta düşdüyü zaman yaranan “Qanlı Ay”ı müşahidə ediblər.

 

Lent.az-ın AzərTAca istinadən verdiyi xəbərə görə, bu hadisə Bakı vaxtı ilə saat 13:00-da başlanıb və saat 15:25 dəqiqədə tam fazaya çatıb. Tutulma zamanı Yerin kölgəsi Ayın qabağını tamamilə alıb.

 

Tutulma vaxtı Ay əvvəlcə Yerin kölgəsinə daxil olur, sonra oradan çıxır. Bu zaman peyk qırmızı rəngin müxtəlif çalarları ilə “işıqlana” bilər. Buna görə də Ayı “qanlı” adlandırırlar.

 

Qeyd edək ki, bu, dalbadal dörd dəfə müşahidə ediləcək ikinci Ay tutulmasıdır. Bu hadisələr 2014-cü il aprelin 15-dən 2015-ci il sentyabrın 28-dək olan qısa bir dövrü əhatə edir. Növbəti tam tutulma 2015-ci il aprelin 4-də gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar