Yəməndən daha 140 nəfər təxliyyə edildi
23 aprel 2015 04:30 (UTC +04:00)

Yəməndən daha 140 nəfər təxliyyə edildi

Aprelin 23-ə keçən gecə Yəməndən xarici ölkələrin vətəndaşlarını təxliyyə edən növbəti təyyarə Moskva vilayətinin “Çkalovskiy” aerodromuna enib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya, Özbəkistan, Belarus, Ukrayna və ABŞ vətəndaşı olan 140 nəfərə yaxın şəxs Moskvaya gətirilib.

 

Təxliyyə olunanlar əvvəl tibbi, pasport və gömrük yoxlanışından keçəcək,  sonra isə Rusiya Xarici İşlər Nazirliyinin evakuasiya məntəqəsinə gətiriləcəklər.

 

Qeyd edək ki, bu, Moskvaya xarici vətəndaşları təxliyyə edən sayca səkkizinci təyyarədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar