Yəmən ordusu BMT-nin iki əməkdaşını azad edib.
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, təcavüzkarlar Sana ətrafındakı Nəzarət-Buraxılış Məntəqəsində saxlanılaraq, tutulub, girovlar isə azad edilib.
Mənbə bildirib ki, oğurlananlar İtaliya vətəndaşıdır.
Yəmən Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib ki, onlar, BMT-nin inkişaf proqramının əməkdaşları xəsarət almayıb.
***
00.03
Martın 25-də Yəmənin paytaxtı Sanada naməlum şəxslər BMT-nin əməkdaşı və onun xanımını qaçırıblar.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Suriyadakı «əl-Məadin» telekanalı xəbər yayıb.
Mənbə bildirib ki, olay Sananın cənub rayonlarından birində baş verib. Xariciləri aparan avtomobilə naməlum silahlılar basqın edib. Kişi və qadını maşına oturdaraq, naməlum istiqamətə aparıblar.
Olayın başvermə şəraiti və qaçıranların şəxsiyyəti dəqiqləşdirilir.
Əcnəbilərin oğurlanmasını hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.