Yəmən parlamenti prezidentin istefasını qəbul etmədi
22 yanvar 2015 23:14 (UTC +04:00)

Yəmən parlamenti prezidentin istefasını qəbul etmədi

0

Yəmən parlamenti prezident  Abd Rabbo Mənsur Hadinin istefasını qəbul etməkdən imtina edib. APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Pres” mənbəsinə istinadən məlumat verib.

 

“Parlament prezidentin istefasını qəbul etməkdən imtina edib və sabah səhərə növbədənkənar iclas təyin edib”, deyə mənbə bildirib.  

 

Qeyd edək ki, bir müddət əvvəl Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib. Bundan bir neçə saat əvvəl isə hökumət istefa verməyi qərara alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar