Yaponiyadakı zəlzələdə  23 nəfər yaralandı
23 noyabr 2014 02:14 (UTC +04:00)

Yaponiyadakı zəlzələdə 23 nəfər yaralandı

Yaponiyanın Naqano prefekturasında 6,8 bal gücündə baş vermiş iki güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 23-ə çatıb. Bundan əvvəl 13 nəfərin xəsarət aldığı, onlardan 8-in xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Məlumata görə, xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağırdır.

 

Son məlumata görə, yaralıların əksəriyyəti Xakuba qəsəbəsinin sakinləridir. Telekanalın məlumatına görə, burada 7 bina uçub, 11 nəfər xəsarət alıb. Naqano şəhərində - 8, Omati şəhərində - 2, Otari şəhərində isə 2 nəfər xəsarət alıb.

 

Xilasedicilər 2 yaşlı uşaq daxil olmaqla 21 nəfəri uçqun altından sağ çıxarmağa müvəffəq olublar, 450-dək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.   

 

Qeyd edək ki, bu gün  Naqano prefekturasında yerli vaxtla 22.08-də (Bakı vaxtı ilə 15.08-də) 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

 

Sunami təhlükəsi elan olunmayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar