Yaponiyada ofis işçilərinə işə qalstuksuz gəlməyə icazə verilib
02 may 2014 06:15 (UTC +04:00)

Yaponiyada ofis işçilərinə işə qalstuksuz gəlməyə icazə verilib

Mayın 1-dən etibarən Yaponiyada məmurlara işə pencəksiz və qalstuksuz gəlməyə icazə verilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ümummilli şirkətlərdə geyimin yüngülləşdirilməsi ilə bağlı kampaniya artıq 10-cu dəfədir keçirilir.

 

Saqa əyalətinin icra hakimiyyəti mayın 1-dən işə sandal, rəngli köynəklər, hətta dizdən aşağı şortlarla da gəlməyə  icazə verib.

 

Xatırladaq ki, Yaponiyada şirkətləri və dövlət müəssisləri ofis işçilərinin geyiminə ciddi nəzarət edirlər. İşə yüngül və ya diqqəti cəlb edən geyimlərdə gələnlər cəzalandırılır. Bura saç düzümü, saçın boyalanması, eləcə də bığ və ya saqqal saxlamaqda daxildir.

 

Standartdan kənar geyinən yapon ya yaradıcı sahənin adamıdır, ya da şirkətdə elə səviyyəyə çatıb ki, o özünü sərbəst apara bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar