Yaponiyada güclü qar fəsadlar yaratdı
18 dekabr 2014 05:23 (UTC +04:00)

Yaponiyada güclü qar fəsadlar yaratdı

0

Yaponiyanın Qifu prefekturasında bir neçə gün davam edən güclü qar nəticəsində 3 600 ev elektrik enerjisiz qalıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Honsyu  adasının şimal-qərb hissəsində 93 aviareys ləğv olunub, yağıntılar və şiddətli külək dəmiryol nəqliyyatının hərəkətinə təsir edib.

 

Hokkaydo adasının şərqində 240 yerli sakin evakuasiya edilib, daha 1 500 sakinə təcili olaraq evlərini tərk etmək tövsiyə olunub.

 

Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, Niiqata prefekturasında qar örtüyünün hündürlüyü 160 sm təşkil edib, Hokkaydo da isə sutka ərzində 90 sm yağıntı düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar