Yaponiyada bərə yandı
01 avqust 2015 07:39 (UTC +04:00)

Yaponiyada bərə yandı

0

Yaponiyada Tokio-Tomakomay marşrutu ilə hərəkət edən bərədə yanğın baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Tokio limanını tərk edən bərədən bir müddət sonra həyəcan siqnalı verilib.

 

Yerli sahil mühafizəçiləri hadisə yerinə 4 patrul kateri göndərib. Hazırda 94 sərnişinin xilas edildiyi bildirilir. Bərənin göyərtəsində olan  sərnişinlərin sayı və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yanğının başvermə səbəbləri bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar