Yaponiyada 6,8 bal gücündə iki zəlzələ: dağıntılar və xəsarət alanlar var
22 noyabr 2014 20:50 (UTC +04:00)

Yaponiyada 6,8 bal gücündə iki zəlzələ: dağıntılar və xəsarət alanlar var

Yaponiyanın Naqano prefekturasında 6,8 bal gücündə baş vermiş  iki güclü zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, yerli NHK telekanalı Xakuba yaşayış məntəqəsində qeydə alınmış zəlzələ nəticəsində azı 10 nəfərin xəsarət aldığını bildirib. Bundan başqa, qeyd olunan kəndə 5 ev uçub, 4 nəfərin hələ də uçqun altında qaldığı bildirilir. Xilasedicilər bir nəfəri uçqun altından çıxarmağa müvəffəq olublar.  Xakuba və Oqava kəndlərində su və istilik xətləri sıradan çıxıb.

 

Naqano prefekturasında indiyədək afterşoklar qeydə alınır, yer sürüşmələrinin və dağ ərazilərdə uçqunların baş vermə təhlükəsi var. Dünyanın ən iri “Kasivadzaki Kariva” atom elektrik stansiyasının operatoru zəlzələnin obyektə heç bir zərər vurmadığını qeyd edib. Bununla belə, AES-də hazırda reaktorların hamısı profilaktikaya dayandırılıb.    

 

Qeyd edək ki, bu gün  Naqano prefekturasında 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

 

Sunami təhlükəsi elan olunmayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35