Aprelin 5-də Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin qırıcıları Rusiyanın hərbi təyyarələrini tutmaq üçün yenidən uçuş edib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, buna səbəb olaraq Rusiyaya məxsus hərbi təyyarələrin Yapon dənizi tərəfdə Yaponiyanın hava sərhədini pozması göstərilib.
Yaponiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın iki dənizaltılara qarşı “İl-38” təyyarəsi Yaponiyanın Takesima və Oki adalarının səmasında qeydə alınıb. Onlar əvvəlcə Koreya yarımadasının şərq hissəsinə uçub, oradan isə yapon adalarının qərb sahili boyu hərəkət edib.
Nazirlik bildirib ki, martın 26-dan, Şimali Koreya iki ballistik raketi buraxdıqdan sonra Rusiyanın təyyarələri bəhs etdiyimiz istiqamətdə 7 uçuş edib.