“Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç aprelin 20-də Ukraynanın Donetsk vilayətinə gedəcək”.
Lent.az-ın “UNN”-ə istinadən məlumatına görə, bu xəbəri Rusiyanın “Dojd” telekanalı yayıb.
Mənbə bildirib ki, V.Yanukoviç «Donetskə qayıdır»: “Kreml Donbasın gələcək ictimai-siyasi quruluşunu hələ müəyyənləşdirməyib. Gündəmdə iki variant var: müstəqil Donetsk respublikası və yaxud Krımda örnəyi kimi Rusiya Federasiyası tərkibində federativ dairə”.