“Viktor Yanukoviç Ukrayna hakimiyyətindən muzdluları və ordu birləşmələrini ölkənin cənub-şərqindən çıxarmağı tələb edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Yanukoviç qeyd edib ki, Donetsk və Luqanskda keçirilən referendumun nəticələrini inkar etmək olmaz.
“Mən sizi dayanmağa çağırıram. Bütün dünya gördü ki, referenduma nə qədər adam gəlib. Siz referendumun nəticələrini inkar edə bilərsiniz. Lakin nə siz, nə də Avropa etiraf etməyə bilməzsiniz ki, Ukraynanın şərqində terrorçular yoxdur və siz öz xalqınıza qarşı müharibə aparırsınız”, - deyə Yanukoviçin bəyanatında vurğulanıb.