Yanukoviç: “Hərbi yardımla bağlı Rusiyaya müraciət etməyəcəm ”
28 fevral 2014 18:04 (UTC +04:00)

Yanukoviç: “Hərbi yardımla bağlı Rusiyaya müraciət etməyəcəm ”

0

Viktor Yanukoviç mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinin qanunsuz olduğunu və bu səbəbdən seçkilərdə iştirak etməyəcəyini bildirib.


 

APA-nın xəbərinə görə, bu barədə V.Yanukoviç Rostov-Donda keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, hərbi yardım göstərilməsi xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyil: “Hazırkı vəziyyətdə hərbi addımlar yolverilməzdir. Ukrayna vahid və bölünməz olmalıdır”.

 

V.Yanukoviç özünün və ailəsinin təhlükəsizliyi təmin olunacağı təqdirdə, Ukraynaya qayıdacağını deyib: “Öz borcunu yerinə yetirən vətənpərvər zabitlərin köməyi ilə Rusiyaya gəldim. Rusiya prezidenti Vladimir Putinlə görüşməmişəm, Rusiya ərazisinə keçən kimi telefonla danışmışam. Razılaşdıq ki, onun imkanı olan kimi görüşəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 897

Oxşar yazılar