Dağıstanda xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb.
Lent.az-ın “İnterfaks”sa istinadən məlumatına görə, əməliyyat Xasavyurt şəhərinin Svoboda qəsəbəsində həyata keçirilib. Fərdi evi mühasirəyə alan xüsusi təyinatlılar silahlıları təslim olmağa çağırıb.
İlkin məlumata əsasən, əməliyyat zamanı xüsusi təyinatlılara müqavimət göstərmiş 2 kişi və 2 qadın öldürülüb. Evdə olan iki uşağın xilas olunduğu bildirilir.
Məlumata görə, öldürülən qadınlardan biri terror aktları törətməkdə şübhəli bilinərək axtarışda olub və əməliyyat zamanı özünü partlatmağa çalışıb.