Xasavyurt silahlı qruplaşmasının başçısı məhv edildi
25 avqust 2015 07:52 (UTC +04:00)

Xasavyurt silahlı qruplaşmasının başçısı məhv edildi

0

Dağıstanın Xasavyurt rayonunda atışma zamanı yerli silahlı qruplaşmanın lideri məhv edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.  

 

“Əməliyyat-axtarış tədbirləri keçirilən zaman silahlı şəxs  asayiş keşikçilərinə atəş açaraq, ərazidən  uzaqlaşmağa cəhd edib. Cavab atəşi ilə o məhv edilib”, deyə mənbə bildirib.

 

İlkin məlumata görə, öldürülən şəxs Xasavyurt silahlı qruplaşmasının başçısı İslam Muradovdur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 481

Oxşar yazılar