Xarkovda Azərbaycanın Fəxri Konsulluğu açılıb
18 oktyabr 2014 17:47 (UTC +04:00)

Xarkovda Azərbaycanın Fəxri Konsulluğu açılıb

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılışı olub.

 

Konsulluqdan APA – ya verilən məlumata görə, dünən baş tutan açılış mərasimində Ukraynanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, diaspora və media təmsilçiləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin dinamik inkişafından danışıb.

 

Prezident İlham Əliyevin ikitərəfli strateji əməkdaşlığın inkişafına xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir dövlət başçısının sərəncamı ilə Xarkov şəhərində açılan Azərbaycanın Fəxri Konsulluğunun Ukraynanın Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojye və Poltava vilayətlərini əhatə etdiyini bildirib, Xarkov şəhərində Azərbaycanın fəxri konsulu təyin olunmuş tanınmış iş adamı, Sumı vilayətinin deputatı Əfqan Salmanova gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Fəxri Konsulluqda Ukraynanın Xarkov, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərində yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi üçün hüquqşünaslardan ibarət xüsusi qrup yaradıldığını diqqətə çatdıran Ə. Salmanov bu istiqamətdə prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

 

İkitərəfli diplomatik münasibətlərin inkişaf dinamikasından bəhs edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov və Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Nikolayko isə fəxri konsulluğa gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35