Xamneyi: “İranın başlıca problemi ABŞ-la münasibətdir”
05 iyun 2014 06:38 (UTC +04:00)

Xamneyi: “İranın başlıca problemi ABŞ-la münasibətdir”

Ötən gün İran İslam Respublikasının banisi sayılan ayətullah Ruhullah Xomeyninin ölümünün 25 ili tamam olub.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, həmin gün ölkə rəsmiləri bəyanatlarla çıxış edib.

 

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bildirib ki, İslam Respublikasının qarşısında duran “əsas ciddi problem ABŞ-la münasibətdir”.

 

Xamneyinin sözlərinə əsasən, Ağ evin təzyiqlərinə baxmayaraq, İran “çeşidli sahələrdə inkişaf edib”.

 

Xatırladaq ki, Vaşinqtonla Tehran arasında diplomatik münasibət hələ də mövcud deyil. ABŞ-ın İrandakı maraqlarını İsveçrənin İslam Respublikasındakı səfirliyi müdafiə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar