Vorkutada yeni partlayış: 6 ölü, 5 yaralı
28 fevral 2016 06:37 (UTC +04:00)

Vorkutada yeni partlayış: 6 ölü, 5 yaralı

0

Rusiyanın Vorkuta şəhəri yaxınlığında yerləşən “Severnaya” şaxtasında baş vermiş yeni partlayış nəticəsində 5 xilasedici və 1 mədən işçisi ölüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə xilasetmə xidmətindən bildirilib.   

 

“03.35-də yeni partlayış baş verib. İlkin məlumata görə, 6 nəfər ölüb: 5 xilasedici və 1 şaxtaçı  ölüb. Daha 5 nəfər isə xəsarət alıb”, - deyə mənbə bildirib.  

 

Qeyd edək ki, qeyd olunan şaxtada birinci qəza bundan əvvəl, fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar