Valeri Permyakovun işinə Gümrüdə baxılacaq
12 avqust 2015 07:57 (UTC +04:00)

Valeri Permyakovun işinə Gümrüdə baxılacaq

0

Fərarilikdə və silah oğurlanmasında  ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun işinə  Rusiyanın Gümrüdəki qarnizon hərbi məhkəməsində baxılacaq.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 6 nəfərlik erməni ailəsinin qətli barədə cinayət işinə Ermənistan məhkəməsində baxılacaq, Rusiya hüquq-mühafizə orqanları isə Permyakova qarşı fərarilik və silah oğurluğu ittihamı irəli sürüb.  

 

Bundan əvvəl məhkəmə Permyakov barəsində həbs-qətimkan tədbirinin 2016-cı ilin yanvarın 30-dək uzadıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar