Uşağın başını kəsən dayə psixi xəstə olub
03 mart 2016 07:19 (UTC +04:00)

Uşağın başını kəsən dayə psixi xəstə olub

Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alıb. APA-nın məlumatına görə, bu barədə  bu barədə Bahrəddin Turayev “Gazeta.ru”ya müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Bobokulova o zaman  səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olmuşdur. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, lakin sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib.   

 

Bahrəddin Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb.   

 

Atasının sözlərinə görə, Bobokulova əvvəllər  heç vaxt dayə işləməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar