Son sutka ərzində Ukraynada separatçılarla dövlət qüvvələri arasında qarşıdurmalar davam edib. Lent.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, gün ərzində antiterror əməliyyatlarının keçirildiyi bölgədə 2 Ukrayna əsgəri həlak olub, 10 hərbçi isə yaralanıb.
Donetsk və Luqanskda anterror əməliyyatlaırna başçılıq edən komandanlığın müavini Valentin Fetiçev məlumat verib ki, qarşıdurmalar lokal formada davam edir və bəzi bölgələrdə küçə döyüşləri hələ də qeydə alınır.