Ukraynaya daha 1,7 mlrd dollar verildi
05 avqust 2015 04:10 (UTC +04:00)

Ukraynaya daha 1,7 mlrd dollar verildi

0

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,7 mlrd dollar həcmində ikinci kredit tranşı alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.

 

Iyulun 31-də BVF-in İcraiyyə Şurası 1,7 mlrd dolların ayrılmasını dəstəkləyib.

 

“Bu gün BVF-dən əldə etdiyimiz bu vəsait beynəlxalq ehtiyatlarımızı artırmağa imkan verəcək. Ümumilikdə, deyə bilərəm ki, Ukraynanın beynəlxalq ehtiyatları artmaqdadır və planlarımıza əsasən, 2015-ci ilin sonuna  artıq 18 mlrd dollara  çatacaq”, deyə Ukrayna Milli Bankının rəhbəri Valeri Qontarev bildirib.

 

 

Qeyd edək ki, Ukraynaya yardım ilə əlaqədar  4-illik proqram martın 11-də təsdiqlənib. Proqram BVF-in 17,5 mlrd dollar həcmində, beynəlxalq kreditorların isə 4 il ərzində 40 mlrd dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur.  

 

Ukrayna martın ortalarında artıq BVF-dən artıq  5 mlrd dollar məblığində ilk tranşını alıb.

 

 Ümumilikdə, 2015-ci ildə Kiyev  10 mlrd dollar əldə etmək niyyətindədir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar