Ukraynanın şərqindəki münaqişədə ölənlərin sayını açıqlandı
13 dekabr 2014 11:35 (UTC +04:00)

Ukraynanın şərqindəki münaqişədə ölənlərin sayını açıqlandı

0
BMT-nin humanitar məsələrin koordinasiyası üzrə İdarəsi Ukrayna münaqişəsi qurbanlarının sayımı açıqlayıb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, idarənin hesabatında bildirilir ki, münaqişə qurbanlarının sayı 4,6 min nəfəri keçib.

 

Məlumata əsasən, cari ilin aprel ayının ortalarından etibarən Ukraynanın cənub-şərqində 4 634 nəfər həlak olub. Bura iyulun 17-də Donetsk şəhərində Malayziyahava yollarına məxsus olan “Boinq” markalı təyyarənin vurulması nəticəsində ölən 298 nəfər də daxildir.

 

Hesabat dövründə yaralananların sayı isə 10 342 nəfər təşkil edib.

 

Son məlumatlara əsasən, münaqişə zonasında 5,2 milyon adam yaşayır, 567 956 insan nəfər isə qaçqın vəziyyətə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar