Ukraynanın şərqində ölən və yaralananların sayı açıqlanıb
12 iyun 2014 04:44 (UTC +04:00)

Ukraynanın şərqində ölən və yaralananların sayı açıqlanıb

0
İyunun 11-də Ukrayna Səhiyyə Nazirliyi ölkənin cənub şərqində, Donetsk və Luqansk vilayətlərində rusiyayönlü terrorçulara qarşı keçirilən əməliyyatlarda indiyədək 257 nəfərin öldüyünü, 1300-dən çox adamın yaralandığı haqda açıqlama verib.
 
Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, statistikaya əsasən, Donetskdə qarşıdurmalar başlayan gündən 220 nəfər, o cümlədən 2 uşaq öldürülüb, 1200-dən çox adam tibbi yardım üçün müraciət edib. Onlardan 150 nəfəri xəstəxanada müalicə olunur.
 
Mənbə bildirib ki, Luqansk vilayətində isə 37 nəfərin həlak olub,  137 nəfər yaralanıb. Hazırda xəstəxanalarda 40 nəfər, o cümlədən bir yaralı uşaq  var.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1147

Oxşar yazılar