Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Milli Təhlükəsizlik və Müdafiə Şurasına ölkənin şərqindəki vəziyyəti öyrənməyi tapşırıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, rəsmi Kiyev ölkənin bu hissəsində hərbi vəziyyət rejimi tətbiq etmək istəyir.
A.Turçinovun sözlərinə əsasən, bu araşdırmanın nəticəsinə uyğun olaraq, fəaliyyət göstərəcəklər.