Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı, hazırda Rusiyanın Qara dəniz Hərbi Donanması komandanının müavini Denis Berezovski barəsində axtarış elan edilib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, aprelin 22-də Ukraynanın baş Prokurorluğu açıqlama verib.
“Hazırda Denis Berezovski barəsində axtarış elan olunub. Bu işin icrası Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırılıb”-deyə, prokurorluq bildirib.
O, “vətənə xəyanətdə” ittiham olunur. Cinayəti sübut olunarsa, o zaman Berezovski 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş kontr–admiralı bu il martın 2-də “Krım xalqına sədaqət andı içib”. Rəsmi Kiyev onu tutduğu vəzifədən azad edərək, barəsində cinayət işi açıb.