Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov «Pravıy sektor»-un fəallarının çağırışına cavab verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə telekanallarından birinə müsahibəsində Avakov deyib: «Əgər quldurlar naziri təhdid edirsə, mən bu çağırışı qəbul edirəm. Çünki mənim vəzifəm istənilən belə çağırışa hazır olmağı tələb edir. Zaprojeyədə zibilliyi ələ keçirən quldurlardı. Onların əlində qeydiyyatda olmayan avtomat silahlar var.Krılovun «Fil və Moska»sı ləğv edilməyib».
Mənbə xatırladıb ki, «Parvıy sektor»un tərəfdarı Aleksandr Muziıçko Ukraynanın qərbində Rovno şəhərində öldürülüb.
Ukraynanın Daxili İşlər Nazirliyi «Saşko Belıy» kimi tanınan Muzıçkonun milislə atışma zamanı yaralanaraq, öldüyünü bildirmişdi.
«Pravıy sektor» isə DİN-in irəli sürdüyü versiyanı «yalan» adlandırıb. Təşkilatın fəalları bildirib: «Əli-qolu bağlandığından Saşko Belıy atəş aça bilməzdi».
Bu ilin martında isə Rusiya Muzıçko barəsində qiyabi həbs qərarı çıxarıb. O, 1990-cı illərin ortalarında birinci Çeçen savaşı zamanı rusiyalı əsgərlərə «işgəncə verməkdə» ittiham olunurdu.