Ukraynanın “AN-26” hərbi nəqliyyat təyyarəsi vurulub
14 iyul 2014 21:58 (UTC +04:00)

Ukraynanın “AN-26” hərbi nəqliyyat təyyarəsi vurulub

0

Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, iyulun 14-də Ukraynanın “AN - 26” hərbi nəqliyyat təyyarəsi ölkənin şərqində Rusiya ilə Ukrayna sərhədində raketlə vurulub.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukraynanın müdafiə naziri Valeri Qeletey ölkə prezidenti Pyotr Poroşenkoya olayla bağlı məruz edib.

 

Məlumata əsasən, “AN-26” anti - terror əməliyyat çərçivəsində tapşırıq yerinə  yetirərkən, raketlə vurulub. Ukraynanın Müdafiə Nazirliyi təyyarənin Rusiya ərazisindən vurulduğunu istisna etmir.

 

Ukraynanın Anti-terror Mərkəzi bildirib ki, təyyarə vurulan silahdan əvvəllər rusyayönlü terrorçularda olmayıb: “Təyyarə zenit-raket qurğusu tərəfindən vurulub. O, zenit qurğusundan daha ciddi sistemdir. Həmin qurğunun “Buk” zenit kompleksi tipinə oxşardır. Təyyarənin Rusiya qırıcıları tərəfindən vurulduğunu da istisna edilmir”.

 

Mənbə bildirib ki, “AN-26” vurularkən, pilotlar təyyarədən paraşütlə enib. Onların  əlaqəyə çıxdıqları barədə xəbər yayılıb.

 

Rusiya KİV isə 4 pilotun Luqanskdakı rusiyayönlü terrorçular tərəfindən girov götürüldüyü haqda xəbər yayıb. Məlumata görə, onlar sorğu-sual edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1102

Oxşar yazılar