Ukraynadan Rusiyaya 48 saat möhlət
25 aprel 2014 04:37 (UTC +04:00)

Ukraynadan Rusiyaya 48 saat möhlət

Ukrayna xarici işlər naziri Andrey Deşitsa Rusiya hakimiyyətinin Ukrayna sərhədi yaxınlığında hərbi manevr keçirməsi ilə bağlı bəyanat  verib.

 

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, nazir Rusiya ilə savaşa hazır olduqlarını bildirib.

 

Ukrayna hakimiyyəti Rusiyadan sərhədi yaxınlığında keçirdiyi hərbi manevrlərlə bağlı  48 saat ərzində açıqlama verməsini tələb edib.

 

Başqa sözlə Moskva aprelin 26-da Bakı vaxtı ilə saat 18.00-a kimi hərbi təlimlər haqda izahat verməlidir.

 

 

Çex Respublikasının paytaxtı Praqada ölkəsində baş verənlər haqda açıqlama verən Deşitsa deyib ki, hərbi manevr bölgədəki gərgin vəziyyəti daha da ağırlaşdırır:

“Rusiyanın Krım yarımadasını ilhaq etməsi bizə dərs oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar