Ukraynada sərhədçilər dörd azərbaycanlını saxlayıb
24 mart 2014 14:47 (UTC +04:00)

Ukraynada sərhədçilər dörd azərbaycanlını saxlayıb

0
Ukraynada sərhədçilər dörd Azərbaycan vətəndaşını saxlayıblar.

Ukrayna Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, Moskvadan Dnepropetrvosk və Xarkov şəhərlərinə gedən Azərbaycan vətəndaşlarının sənədlərinə vurulan möhürün saxta olduğu aşkarlanıb. Həmin hal “Xutor Mixaylovskiy” sərhəd-keçid məntəqəsində, Ukrayna vasitəsi ilə Moldovaya üz tutan digər Azərbaycan vətəndaşının pasportunda da müşahidə olunub.

 

Eyni hadisə Kiyevin “Borispol” beynəlxalq hava limanında da baş verib. Burada isə Tiflisdən gələn iki Azərbaycan vətəndaşının pasportuna vurulan möhürün  saxta olduğu qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1167

Oxşar yazılar