Separatçılar Donetsk prokurorluğunu ələ keçirib: 15 nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB
02 may 2014 10:49 (UTC +04:00)

Separatçılar Donetsk prokurorluğunu ələ keçirib: 15 nəfər yaralanıb - YENİLƏNİB

Ukraynanın Donetsk şəhərində yüzlərlə Rusiya yönümlü separatçılar Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, hücum edən şəxslər binanı mühafizə edən milis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə buna cavab olaraq gözyaşardıcı və səs qumbaralarından istifadə edib.

 

İnzibati binanı ələ keçirən separatçılar milis əməkdaşlarını tərksilah edib, onlardan bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanalara göndərilib.   

 

UNİAN-ın Ukrayna DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prokurorluq binasının mühafizəsi silahsız milis əməkdaşları tərəfindən həyata keçirilib.   

 

Agentliyin məlumatına görə, separatçılar hücum zamanı Milli Qvardiyanın əsgərlərinə qarşı odlu silahdan istifadə ediblər.  Asayiş keşikçiləri arasında bir yaralının olduğu bildirilir.  Yaralı xəstəxanaya yerləşdirilib.

 

Donetsk Şəhər Səhiyyə Departamentinin məlumatına görə, hücum zamanı 15 nəfər xəsarət alıb. “Xəsarət alanlar şəhərin müxtəlif tibb məntəqələrinin neyrocərrahiyyə və travmatoloji bölmələrinə yerləşdirilib. Güllə yaraları daxil olmaqla, xəsarətlər müxtəlif xarakterlidir”, deyə qurumdan bildirilib.   

 

Qeyd edək ki, prokurorluq binası 1 May bayramı münasibətilə Donetskdə təşkil olunmuş izdihamlı mitinqdən sonra ələ keçirilib. Məlumata görə, mitinq iştirakçıları Rusiya yönümlü və Ukrayna əleyhinə şüarlar səsləndirib.  

 

Binanı ələ keçirən separatçılar Ukrayna bayrağını və ölkə rəhbərlərinin portretlərini yandırıb.   

 

Ukrayna mətbuatının məlumatına görə, hücumda mindən çox insan iştirak edib.  

 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar