Ukraynada münaqişə dövründə ölənlərin sayı 3543 nəfərə çatıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç bildirib.
“Sentyabrın 21-nə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla 3541 nəfərdir”, deyə Şimonoviç qeyd edib.
O qeyd edib ki, ölənlərin real sayı xeyli çox ola bilər, çünki elan olunan rəqəmlər rəsmi mənbələrin məlumatlarına əsaslanıb.