Ukraynadakı münaqişə nəticəsində məcburi köçkünlərin sayı 500 minə çatıb.
APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası İdarəsinin hesabatında deyilir.
Sənəddə 550 min nəfərin qaçqın düşdüyü, yəni ölkəni tərk etdiyi bildirilir.
Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.
Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, münaqişə nəticəsində Malayziyaya məxsus təyyarənin sərnişinləri daxil olmaqla 4356 nəfər ölüb. Daha 10 min nəfər yaralanıb.