Ukrayna prezidenti Pyotr Poroşenko separatçılar tərəfindən əsir götürülən 10 hərbçinin azad olunduğunu elan edib. Lent.az-ın məlumatına görə, bu barədə Poroşenko “Tvitter” səhifəsində bildirib.
“Bu gün ərazi batalyonlarının əsirlikdə olan 10 hərbçisi azad olunub, onlardan biri zabitdir”, deyə məlumatda bildirilir.
Xatırladaq ki, separatçılar və Ukrayna ordusu arasında əsir mübadiləsi həyata keçirilib. 28 əsir separatçı müqabilində 28 hərbçi azad olunub.