Ukrayna xarici siyasət idarəsi Donetsk vilayətində olan ATƏT hərbi missiyasının üzvləri ilə əlaqənin kəsildiyini bəyan edib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ukrayna XİN-in informasiya siyasəti departamentinin direktoru Yevgeniy Perebeynis ATƏT müşahidəçilərinin terrorçular tərəfindən girov götürüldüyünü istisna etməyib.
O qeyd edib ki, hazırda bu informasiya yoxlanılır.
“Əgər bu məlumat təsdiqlənsə, deməli söhbət terrorçular tərəfindən ATƏT prinsiplərinə qarşı cinayətdən gedir. Bu isə Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qalmayacaq”, - deyə o vurğulayıb.