Ukrayna XİN-i “həmrəy rusiyalılara” təşəkkür edib
02 may 2014 01:14 (UTC +04:00)

Ukrayna XİN-i “həmrəy rusiyalılara” təşəkkür edib

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Kremlin Kiyevə münasibətinə qarşı çıxan Rusiya vətəndaşlarına təşəkkür edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ölkənin İnformasiya İdarəsinin bəyanatında deyilib: “Rusiya rəhbərliyinin hərbi təcavüzkar fəaliyyətini mühakimə edən rusiyalılara təşəkkürümüzü bildiririk. Ukrayna ilə xalqlarımızın həmrəyliyi təcavüzə məruz qalır”.

 

Qurumu bildirib ki, Rusiya polisi davranışı ilə  “Rusiya Federasiyasında insan haqları və azadlığının təməl prinsiplərini pozur».

 

“Ukraynanı dəstəklədikləri və sülhü açıq-aşkar müdafiə etdiklərinə görə Rusiya vətəndaşlarının öz dövlətinin polisi tərəfindən işgəncə məruz qalmasını mühakimə edirik”-deyə, Ukrayna XİN vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar