Ukrayna və Serbiya iki ölkə arasında azad ticarət zonası yaratmaq niyyətindədirlər. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, müvafiq təklif ötən gün Serbiya və Ukrayna XİN rəhbərləri İvitsa Daçiç və Pavel Klimkin arasında müzakirə olunub.
“Azad ticarət haqqında sazişin imzalanması imkanı nəzərdən keçirilir, çünki ikitərəfli mal dövriyyəsinin həcmi kifayət qədər böyükdür və 200 mln dollar təşkil edir”, deyə Daçiç qeyd edib.