Ukrayna üzrə təmas qrupu atəşkəs rejimi üzrə fəaliyyət planını imzaladı
20 sentyabr 2014 04:46 (UTC +04:00)

Ukrayna üzrə təmas qrupu atəşkəs rejimi üzrə fəaliyyət planını imzaladı

Ukrayna üzrə təmas qrupunun iştirakçıları atəşkəs rejimi üzrə fəaliyyət planını imzalayıblar.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər 1 sutka ərzində təmas xəttindən iriçaplı silahların çəkilməsinə dair razılığa gəliblər.

 

Görüşün yekununu şərh edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma əsirlərin dəyişdirilməsi prosesinin davam edəcəyini bildirib.

 

Qondarma Donetsk xalq respublikasının baş naziri Aleksandr Zaxarçenko qeyd edib ki, imzalanmış bəyannamə toqquşmalara son qoyacaq. Onun sözlərinə görə, təmas qrupu qondarma Donetsk və Luqansk respublikalarının statusunu müzakirə etməyib. 

 

Xatırladaq ki, sentyabrın 5-də Belarusun paytaxtında keçirilən görüşdə Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs protokolu imzalanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar