Ukrayna Rusiyaya etiraz notası verib
01 mart 2014 02:34 (UTC +04:00)

Ukrayna Rusiyaya etiraz notası verib

0

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rəsmi Kiyevə Moskvaya Ukrayna sərhədinin pozulması ilə bağlı etirazını bildirib. Bununla da «Rusiya Federasiyası Qara dəniz Donanmasının Ukrayna ərazisində mövcud olması haqda 1997-ci il mayın 28-də əldə edilmiş anlaşmanın şərtlərini pozub».

 

Bundan başqa  vurğulanıb ki, rəsmi Kiyev Ukrayna ərazisində müvəqqəti yerləşən Rusiya donanmasına ictimai asayişin təmini və ya antiterror əməliyyatın keçirilməsinə yardımla bağlı müraciət etməyib.

 

«Ukrayna XİN Rusiya Federasiyasının Qara dəniz Donanması hərbçilərinin və texnikanın  dislokasiya yerinə qaytarılmasını tələb edib»-deyə, nazirlik bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 997

Oxşar yazılar