Ukrayna Rusiyanın dövlət  əmlakını həbs etmək istəyir
02 iyun 2014 21:02 (UTC +04:00)

Ukrayna Rusiyanın dövlət  əmlakını həbs etmək istəyir

Ədliyyə Nazirliyi ölkənin Baş Prokurorluğuna Krımı ilhaq etdiyi üçün Rusiyanın Ukrayna ərazisindəki dövlət hesabları və şirkətlərinin əmlakının həbsi ilə bağlı müraciət edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu açıqlamanı ədliyyə naziri Pavel Petrenko verib.

 

Onun sözlərinə əsasən, Krımın işğalından dəyən ziyan 3 trilyon qrivendən (bir dollar 11,77 qrivendir) artıqdır. Ona görə də nazir həmin ziyanın kompensasiya edilməsi məqsədi ilə bu təklifi irəli sürüb.

 

Bu həm Rusiyanın dövlət şirkətləri və dövlətin payı 25 faizdən artıq olan müəssislər şamil ediləcək.

 

Həbs tətbiq edilməsi nəzərdə tutulan şirkətlərin adları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar