Ukraynanın mili Teleradio Şurası ölkə ərazisində Rusiyanın bəzi telekanallarının verilişlərinin yayımlanmasının yasaqlanması ilə bağlı məhkəməyə müraciət edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Şura çoxsaylı müraciətləri nəzərə alaraq, bu məsələyə dair qərar qəbul edib. Yayımlanması qadağan olunacaq telekanallar bunlardır: “TV-tsentr International”, “LifeNews”, “Russia Today” və “RenTV”.
Şura həmin telekanalların Ukrayna qanunlarını pozmasına əmin olduğunu bildirib.
Xatırladaq ki, bu ilin aprelində ölkə ərazisində “Pervıy kanal. Vsemirnaya set”, “RTR-Planeta”, “Rossiya-24”, “NTV-Mir”-in yayımlanması yasaqlanıb.